Gürcüstandan ölkəmizə metadon keçirmək istədi

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə Rusiya istiqamətindən daxil olan Gürcüstan vətəndaşının üzərindəki əşyalara baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı həmin əşyaların arasındakı kibrit qutusunda polietilen bağlamaya qablaşdırılmış və xalis çəkisi 4,554 qram olan narkotik maddə - metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR