İtaliyada bu təbliğata görə 2 il həbs gözlənilir

İtaliya parlamentində faşizmin təbliğ edilməsinə qarşı qanun layihəsi qəbul edilib. Məlumata görə, yeni qanun layihəsinə əsasən, faşizmə aid materialların satışı, yayılması, eləcə də faşizm salamının verilməsi cinayət hesab olunacaq. Bu qanunu pozan şəxslərə 6 aydan 2 ilədək həbs cəzası verilə bilər.

Qanun layihəsi parlamentin aşağı palatası - Deputatlar palatasında qəbul edilib. Bundan sonra layihə Senatda müzakirə olunacaq. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR