Qanuni oğru Gela Tbilisski Ukraynada saxlanıldı

Kiyev polisinin əməkdaşları qanuni oğru Gela Tbilisskini saxlayıblar. Yaz aylarında Rusiyaya təhvil verilən qanuni oğru artıq ikinci dəfədir ki, Kiyev polisi tərəfindən saxlanılır. Kiyev polisinin internet səhifəsində yerləşdirilən məlumata əsasən hüquq-mühafizə orqanları yaz aylarında Gürcüstan əsilli, Rusiya vətəndaşı 51 yaşlı Coşua Gelanı azadlıqdan məhrum ediblər. Coşua kriminal aləmdə "Gela Tbilisski" kimi tanınır və Ukraynadakı avtomobil oğrularına himayədarlıq edir. Miqrasiya xidməti yaz aylarında onu Rusiyaya qaytarıb. Amma polis bu yaxınlarda öyrənib ki, Gela yenə də Ukraynaya gəlib. Polis hazırda qanuni oğrunun hansı sənədlərlə Ukraynaya daxil olduğunu araşdırır. Hazırda Gela Tbilisski müvəqqəti təcridxanada saxlanılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR