Sərhədlərimizdə ətyeyən hörümçək peyda olub

"Sarı Ömər" adı ilə tanınan ətyeyən hörümçəyi öldürə bilən dərman yoxdur.

Türkiyənin Kayseri şəhərində bir binanın 8-ci mərtəbəsindəki mənzildə yaşayan Eren Gürpınar adlı şəxs eyvandan və pəncərədən evə girən "sarı qız" adlı 5 hörümcəyi yaxalayıb.

Yaxaladığı hörümcəyi tavaya qoyan və ora ət parçaları atan Gürpınar, hörümcəyin əti yediyini görəndə şok keçirib. Hörümçək növbəti ət tikələrini yeyəndə Gürpınar bu prosesi çəkib.

Həmin görüntüləri Nazirlər Kabinetinin müvafiq strukturuna göndərən və yetkililərlə əlaqə quran Eren Gürpınar, daha sonra bələdiyyə nümayəndələrinin evə gəldiyini bildirərək, "Bələdiyyənin göndərdiyi şəxslər həm binanı, həm də evin içini dərmanladılar, ancaq bizə bu böcəyi öldürən dərmanın Türkiyədə olmadığını söylədilər. Biz 35-50 TL qiymətə (10-15 dollar) olan dərmanlardan alıb dərmanlayırıq ancaq xeyri yoxdur" deyib.

Gürpınar axırıncı hörümçəyi iki gün əvvəl öldürdüyünü, arvadı və qızı ilə qorxudan yata bilmədiklərini bildirib. Sputnik.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR