Samuraylarla bağlı DƏHŞƏTLİ FAKTLAR: qılıncı salıb bunu edirdilər ki...

Samuraylar öz xalqlarının şərəfini, adət-ənənələrini həyatlarından belə üstün tutan kişilər idilər. Onların hətta ölümləri adlarına layiq olurdu. Samuraylar öz əllərilə qarınlarına qılıncla zərbə yetirib, intihar edirdilər.

Özünə qılıncla qəsd ayini iki cür həyata keçirilirdi. Birinci harakiri, ikinci isə seppuku adlanırdı. Seppuku zamanı xüsusi qaydalara riayət etmək lazım gəlirdi. Harakiri isə sadə intihar sayılırdı. Harakirini adi insanlar gerçəkləşdirirdilər. Seppuki isə yalnız samuraylara xas intihar ayini sayılırdı.

İntihar mərasimi adətən böyük kütlənin gözü qarşısında baş verirdi. Bu da onu daha vahiməli və dəhşətli edirdi.

Samuray anlayışı eramızın təxminən 700-cü illərində Heyan dövründə yaranmağa başlayıb. Onlar zümrələrarası savaşlarda şərəflə döyüşərək, qısa zamanda Yaponiyanın ali sinifdən olan hərbçilərinə çevrilməyi bacardılar. Samuraylar XII əsrdən XIX əsrədək gündoğan ölkənin idarə edən əsas qüvvə idilər.

Samuurayların həyat fəlsəfəsi konfutsilik təlimlərinə söykənirdi. Onların əsas məsləkləri "busido", yəni "cəngavərin yolu" üzərində qurulmuşdu. Bu fəlsəfə samuraylarda mərdlik, cəsurluq, öz ağalarına sədaqət və ölümə nifrət hissi aşılayırdı.

XV-XVI əsrlər samuraylar üçün möhtəşəm dövr sayılır. Bu yüzilliklərdə bir neçə ali samuray ailəsi arasında qızğın savaşlar baş verir və əsas qalib ailələr aralarında hakimiyyətli bölüşdürürlər.

Əsrlər keçdikcə samuraylara gərək duyulmadı. Bu səbəbdən də onlar müəllim, rəssam, məmur və digər sahələrə meyil etməyə başladılar.

Meydzi dövrü Samurayların tarixinə qara hərflərlə yazıldı. Məhz bu illərdə imperator onları bir sıra səlahiyyətlərindən məhrum etdi və digər ölkələrdə olduğu kimi məcburi hərbi xidmətə çağırış sistemini bərqərar etdi.

Bundan sonra samurayların silahları əllərindən alındı və onlar şərəflərini tapdayan şəxsləri qətl etmək haqqından məhrum edildilər.

Əsrlərdən bəri dövlət idarəçiliyi onlara qarşı mübarizə aparıb qalib gəlsə də yapon mədəniyyətində samurayların təsiri duyulur.

Bir sıra məqamlarda sərt yapon adətlərinin qarşısını almaq olmur. Məsələn, hazırda da Yaponiyada özlərinə samuraylar kimi qəsd edən insanlara rast gəlinir.

Burada insanlar hələ də düşünürlər ki, şərəfli samuray ölümü, adi ölümdən qat-qat üstündür. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR