PKK-ya qarşı növbəti əməliyyat – 3 terrorçu silahlarla birlikdə məhv edilib

Türkiyə  Silahlı Qüvvələri bu gün  PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb.  Əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib. Həmçinin Ziyarət və Cami Təpə bölgələrində aparılan axtarışlar zamanı 30 metr uzunluğunda 4 otaqlı və 5 metr uzunluğunda tək otaqlı 2 mağara aşkarlanıb. Mağaralarda xeyli sayda silah-sursat müsadirə edilib.  Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR