Futbolçu kimi transfer oldular, hamısı fahişə çıxdı - Müştərilərlə müdhiş görüş planı

Bursa polisi Türkiyə daxilində hər il qadın "transfer"i edib qarşılığında mükafat alan menecerləri saxlayıb.  3 aylıq təqibin ardından şəbəkə üzvlərinin fahişəliyə məcbur etdikləri qadınlarla əlaqədar "Yeni transferləri göndərirəm, 3 illik müqaviləyə imza atdılar, müdafiəçi mövqeyində oynayır" kimi şifrəli danışıqlar ortaya çıxarılıb.

Şəbəkənin qadın siyahısı tutub müştərilərinə "Whatsapp"la fotolarını göndərdikləri ortaya çıxıb.  Əldə edilən məlumata görə, Bursa Təhlükəsizlik İdarəsinin qrupları Bursa, Antalya, Ankara, İstanbul, Manisa və Samsun şəhərlərində qadınları fahişəliyə cəlb edən cinayətkar şəbəkəni, nəhayət, ifşa edib. İllərdir "agentlik" adı altında çalışan, əcnəbi ölkə vətəndaşlarının və azyaşlı qızların da olduğu 30 qadını Bursaya transfer edən 3-ü qadın olmaqla 11 nəfər nəzarətə alınıb. 

Futbolçu transfer EDİR KİMİ MENECERLİK HAQQI alıblar

Şübhəlilərin və zərərçəkmiş qadınların polis bölməsindəki ifadələrindən sonra məlum olub ki, şəbəkənin "futbolçu transfer edir" kimi hər il gətirdikləri fahişələrə görə transfer pulu aldıqları ortaya çıxıb. Bursaya gətirilən qadınların futbolçular kimi transfer ödənişlərinin olduğu müəyyənləşib. Aralarında azyaşlı qızların da olduğu fahişələrə lüks həyat vəd edilib. Onların lüks otellərdə saatı 600 lirəyə fahişəliyə məcbur edildikləri məlum olub. 

Digər tərəfdən şəbəkənin FETÖ kimi qadın siyahısı tutub, müştərilərinə Whatsapp-la qadınların fotoları və qalacaqları otel otağının şəkillərini göndərdikləri aşkar edilib. Şəbəkənin lüks həyat vəd edərək son model avtomobillərdə otelə yola saldıqları qadınları fahişəliyə razı saldıqdan sonra müştərilərdən aldıqları pulları da mənimsədikləri əldə edilən detallar arasındadır.  Milli.az Milliyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR