Qadın işçi oğrularla mağazada tək qaldı

Yaşadığı dəhşəti danışdı

Türkiyənin Konya şəhərində bir mağazada qalan Həbibə Tok adlı qadının başına qorxunc hadisə gəlib.  Hadisə, bu gecə saat 4 radələrində baş verib. İddiaya görə, Ərzurumdan gəldiyi öyrənilən mağaza işçisi olan 25 yaşlı Həbibə Tok mağazanın 3-üncü mərtəbəsindəki otaqda yatarkən içəridən səslər gəldiyini hiss edib. İçəridə oğruların olduğunu hiss edən Həbibə Tok mağaza sahibinə zəng edib. Mağaza sahibi də telefonundan təhlükəsizlik kameralarına baxdığında içəridə iki oğrunun gəzdiyini görüb və Həbibə Toka polisdən kömək istəməyini söyləyib.

Həbibə Tok otağın qapısını arxadan bağlayaraq polisə zəng edib. Bu məqamda oğrular Həbibə Tokun qaldığı otağın qapısını da açmaq istəsələr də, aça bilməyiblər. Qısa müddətdə hadisə yerinə gələn polis bağlı mağazaya girə bilməyincə xilasetmə dəstələrindən kömək istəyib. Nərdivanla Həbibə Tokun olduğu 3-üncü mərtəbədəki otağın pəncərəsindən içəri girən polislər şübhəliləri tapmaq üçün mağazada axtarış aparıblar. Oğruların damdan girdiyini təyin edən polislər kassadakı təxminən 10 min lirəni apardıqlarını aşkar ediblər. Həbibə Tok yaşadığı hadisənin şokunu uzun müddət üzərindən atmaqda çətinlik çəkib.  Polis mağazanın yaxınlıqdakı binalarda axtarış aparsa da, oğruları tapmaq ümükün olmayıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR