Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək

Niderlandın "Lightyear" şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan "One EV" adlı elektromobil yaradıb.  Mütəxəssislərin sözlərinə görə, elektrik avtomobilin sınaqlarının 2018-ci ildə başa çatacağı gözlənilir, bazara çıxarılması isə 2019-cu ilə planlaşdırılır. Günəşli günləri çox olan ölkələrdə yaşayan "One EV" sahibləri ondan aylarla istifadə etməklə kənar enerjidoldurma stansiyasına qoşmayacaqlar. Elektromobilin akkumulyator tutumu 130 kilovat/saat təşkil edir ki, bu da günəş enerjisi toplamadan 644 km məsafəni qət etməyə kifayət edir. Hərəkət zamanı enerji toplamaq imkanı sayəsində isə avtomobil dayanmadan 800 km məsafəni qət edə biləcək. Nəqliyyat vasitəsində istifadə olunacaq akkumulyator batareyalarının tipi barədə məlumat verilməsə də, onların "Tesla" modellərində istifadə edilən batareyalara oxşar olacağı gözlənilir. 
 
Bildirilir ki, tam ötürücülü minik avtomobili olan elektromobildə günəş batareyalarının damda və baqajda yerləşdirilməsi planlaşdırılır. Artıq "Lightyear" şirkətinin saytında "One EV" üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Nəqliyyat vasitəsinin qiyməti 119 min avro və ya 137 min dollar təşkil edir. "ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR