"Yol ayrımı" təqdim olunacaq

Yavuz Turgül ilə aktyor  Şener Şenin birgə layihəsi olan  "Yol ayrımı" - nın çəkilişləri tamamlanıb. "Olaylar" "Cumhuriyyet" - ə istinadən bildirir ki, istehsalçı şirkət TMC, prodüsseri Erol Avcı, görüntü rejissoru Uğur İçbakın üstələndiyi film, 100 nəfərlik qrupun 8 həftəlik əməyi ilə sayəsində filmsevərlərə təqdim olunacaq.

Şener Şeni filmdə Mazhar Kozanlıyı canlandırıb. Bundan əlavə filmdə  Rutkay Əziz, Çiğdem Selışık Onat, Tilbe Saran, Ruhsar Öcal, Nihal Yalçın, Mert Fırat və Defne Kayalar da yer alıb.

Film qəddar və mərhəmətsiz iş adamı olan Mazhar Kozanlının keçirdiyi avtomobil qəzası nəticəsində ölümdən dönməsi və öz daxili dünyasında yaşadığı hesablaşmadan bəhs edir.  

Film noyabrın 10 nümayiş olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR