Elm dünyası şokda - 11 işıq ili uzaqlıqdakı ulduzdan qəribə siqnallar göndərildi

Elm dünyası 11 işıq ili uzaqlıqdan gələn qəribə siqnallara şahidlik edib. Yerdən 11 işıq ili uzaqlıqda olan "Ross 128" ulduzundan qəribə mesajlar göndərilib.

"Arecibo" rəsədxanasından verilən açıqlamada bildirilir ki, nəhəng radio teleskop qəribə siqnallar qəbul edib. Günəşdən 2.800 dəfə parlaq olan "Ross 128" ulduzu haqqında açıqlama verən Abel Mendez deyib: "10 dəqiqə ərzində ulduzu müşahidə etdik və periodik siqnallar göndərildiyini anladıq. Bu siqnalların şüurlu məxluqlar tərəfindən göndərilmə ehtimalı çox zəif olsa da, istisna deyil".

Mendez qeyd edib ki, beynəlxalq elm dünyası siqnalları incələyir. Bildirilir ki, teleskopun müşahidə sahəsi çox genişdir və siqnalların adıçəkilən ulduzdan yox, başqa bir səma cismindən göndərilməsi ehtimalı var. Ölkə.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR