Yaponiyada istilər 610 nəfəri xəstəxanalıq etdi

Yaponiyada son günlər davam edən isti hava şəraiti səbəbindən 610 nəfər xəstəxanaya yerləşdirilib. Xəstəxanalara müraciət edənlərin əksəriyyətinə günvurma diaqnozu qoyulub. 37 dərəcədən artıq hərarət və daha çox sayda xəstəxanalara müraciət qeydə alınan ərazilər ölkənin Saitama (55 nəfər), Fukuoka (47 nəfər) və Osaka (40 nəfər) rayonları olub. Tokioda isə 29 nəfər isti havanın qurbanı olub. Meteoroloqlar isti havanın ölkə ərazisində hələ davam edəcəyini bildiriblər. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR