Hərbi gəmi batdı

Kameronun  cənub-qərbindən Debunşadan hərəkət edən hərbi gəmi Atlas Okeanının sularında batıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, Kamerun Müdafiə Nazirliyi cənub Debunsha şəhərindən Bakassi bölgəsinə gedən gəminin batdığını təsdiq edib. Recovery əməliyyatı üçün göndərilən əsgərlərdən  yalnız üçü sahilə sağ çıxa bilib. 34 əsgərdən xəbər yoxdu. BBC gəmidəki əsgərlərin yüksək birliklərə mənsub olduğunu və Nigeriya mərkəzli Boko Harama qarşı göndərildiklərini qeyd edib.

Hadisə yerinə cəlb edilən xilasetmə qrupları Qvineya körfəzində batan gəmidən 37 əsgərdən yalnız üçünü xilas edə biliblər. 34 əsgərin itkin olduğu bildirilir.

Xilasetmə əməliyyatı hələ də davam edir. Gəminin pis hava şərtləri səbəbiylə batdığı ehtimal olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR