Dövlət Dumasından Ermənistana təklif: Rus dilini rəsmi dil elan edin

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib. Bu təkliflə o, Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə çıxış edib.

Rusiya Dövlət Dumasının spikeri fikrini belə əsaslandırıb ki, rus dilinin Ermənistanda rəsmi status alması milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək, necə ki, Qırğızıstan vətəndaşları artıq bu hüquqdan yararlanır. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR