Cənubi Koreyadan Şimali Koreyaya SÜLH ÇAĞIRIŞI

Cənubi Koreya Yapon dənizində ballistik raket sınaqları keçirərək ilk qitələrarası sınağını uğurla başa vuran Şimali Koreya ilə hərbi görüşlər keçirmək təklifini verib. Cənubi Koreya ərazilərinə atılan ballistik raketlərdən sonra iki ölkə müharibənin astanasında idi. Təklif Cənubi Koreya prezidenti Mun Cay tərəfindən irəli sürülüb.

Cənubi Koreyalı nazir Ço Myonq çağırışla bağlı açıqlama verərkən prezident Mun Cayın iki ölkə arasındakı münasibətlərin hərbi sahədə yaratdığı gərginliyi və düşmən münasibəti yaradan bütün səbəbləri aradan qaldırmağı hədəflədiyini açılayıb.

Nazir hər iki tərəf arasında gərginliyi azaltmaq və Koreya yarımadasında sülhü təmin etmək üçün təşkil edilən görüşlərin və işbirliyinin ölkələrarası münasibətlər və nüvə silahı problemləri üçün qarşılıqlı bir inkişaf təmin edəcəyini vurğulayıb. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR