“Bunu əvəzsiz etmək niyyətində deyilik”- Ağ Evdən Moskvaya bəd xəbər

"Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil". Daha əvvəl - iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya müharibəsini xatırladıb. "Unutmayın ki, Suriyada 400 mindən çox insan öldürülüb. Bu, dəhşətlidir. Amma biz Kremlin yaxşı niyyətini görəcəyiksə, onda paytaxtlarımız arasında münasibətlərin yaxşılaşması mümkündür", - amerikalı məmur deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə cavabında bildirib ki, Moskva öz maraqlarından geri çəkilməyəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu tələbi səhv adlandırıb. O qeyd edib ki, diplomatik mülkiyyətin qaytarılması üçün hər hansı tələblərin irəli sürülməsi beynəlxalq hüququn normalarına zidddir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da "seçkilərə müdaxilə" və "Amerika diplomatlarına təzyiqə" görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.  ABŞ-ın dövlət katibi Reks Tillerson isə bir neçə gün əvvəl bildirib ki, sanksiyaların ləğvi yalnız Suriya və Ukrayna münaqişələrinin həllindən sonra mümkündür. Publika.az Ağ Evdəki yüksək vəzifəli məmura istinadən "RİA-Novosti" agentliyi bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR