Rusiyada yanğın zamanı bir ailənin 5 üzvü ölüb

Rusiyada baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb. Hadisə Orenburq vilayəti Buzkukskiy rayonunun Koltubanovski qəsəbəsində qeydə alınıb. Yaşayış evində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən 29 yaşlı kişi, 25 yaşlı qadın, 3 yaşlı, 1 yaşlı uşaqların, yeni doğulmuş körpənin meyiti tapılıb. Onların bir ailənin üzvü olduğu bildirilir. Apa.az "RİA-Novosti"-yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR