Türk qadın kamikadzelər həbs edildi

Mosulda 25 İŞİD üzvü  həbs edilib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, İŞİD üzvü olanların  üzərində kamikadzelərin istifadə etdiyi canlı bomba  və silah tapılıb.

Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra Terrorla Mübarizə əməkdaşlarının  şəhərdə həyata keçirdikləri əməliyyatlar davam edir.  Təhlükəsizlik əməkdaşları  tarixi şəhərin mərkəzində yerləşən bir tuneldə saxlanan 25 İŞİD üzvünü həbs ediblər. Həbs olunanlar arasında  üç Türk qadın terrorçularla yanaşı, beş Alman, üç Rus, iki Kanada vətəndaşlarının olduqları məlum olub.

Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul ötən həftə İŞİD terror qruplaşmasından təmizlənib. Şəhər üş il idi ki, terrorçuların nəzarəti altında idi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR