Hindistanda prezident seçkiləri

Bu gün Hindistanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər 1950-ci ildən bəri Hindistanda keçirilən 15-ci prezident seçkisi olacaq. Seçkilər yerli vaxtla saat 10:00-da başlayacaq (Bakı vaxtı ilə 08:30), saat 17:00-a (Bakı vaxtı ilə 15:30) qədər davam edəcək.

Ölkənin birinci postu uğrunda toxunulmazlar kastasından olan Ram Naxt Kovind və hakim partiyadan olan namizəd, həmçinin toxunulmazlar kastasının nümayəndəsi Meyra Kumar mübarizə aparacaqlar.

Xatırladaq ki, Hindistanda prezident ümumxalq səsverməsi ilə seçilmir. Ölkənin ali postu üçün seçimi seçicilər kollegiyaları həyata keçirir. Onlar isə ölkə parlamentinin aşağı və yuxarı palatalarından təyin olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR