Türkiyədə  6 nəfər yaralandı

Türkiyənin paytaxtı Ankara şəhərində 2016-cı ilin 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü münasibətilə yüzminlərlə insan mitinq keçirib. Dinc mitinq zamanı 6 nəfər xəsarət alıb.

Buna uçuş aparatının (dron) çəkiliş zamanı mitinq iştirakçılarının üzərinə düşməsi səbəb olub. Yaralanan 6 nəfərə ilkin tibbi yardım göstərilib.

Əsas yürüş İstanbul və Ankarada baş tutub. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım da iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR