Yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq

Telekommunikasiya avadanlığının istehsalı üzrə ixtisaslaşmış "Ericsson" şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil şəbəkələrdə qurğuların sayı 2 dəfə artacaq.

Şirkətin analitiklərinin qiymətləndirməsinə görə, 2017-ci ilin birinci rübündə mobil genişzolaqlı şəbəkələrə qoşulmaların sayı 4,6 milyard təşkil edib ki, bu da ötənilki göstəricilərdən 25% daha çoxdur. 2022-ci ilə bu göstəricinin 8,3 milyardadək, mobil rabitə şəbəkələrində trafikin həcminin isə 8 dəfə artacağı gözlənilir. Məlumata görə, 2017-ci ilin yanvar-martında təxminən 107 milyon nəfər mobil internetdən istifadəyə başlayıb. Beləliklə, hər gün 1 milyondan çox yeni istifadəçi mobil internetə qoşulur.
"Ericsson Mobility Report" adlı hesabata görə, 2018-ci ildə "LTE" texnologiyası dünyada geniş yayılacaq. 5 il ərzində "LTE" abunəçilərinin sayı 2,5 milyarda yaxınlaşıb, halbuki "3G" şəbəkəsində buna 8 il vaxt lazım olub. 2017-ci ilin birinci rübündə "LTE" şəbəkəsində yeni istifadəçilərin sayı 250 milyon nəfər artıb. "Ericsson" şirkətinin proqnozuna görə, 2022-ci ilə 500 milyondan çox abunəçi (əşyalar interneti qurğuları nəzərə alınmır) beşinci nəsil şəbəkəsindən istifadə edəcək və dünya əhalisinin 15%-i sözügedən şəbəkənin əhatə zonasında yaşayacaq. "Ericsson" şirkətinin proqnozuna görə, yaxın illərdə videoməzmun mobil trafikin həcminin artımına səbəb olacaq. 2016-cı ilin sonuna mobil genişzolaqlı şəbəkələrdə ötürülən məlumatların ümumi həcmində videonun payı 50% təşkil edib. 2022-ci ilin sonuna kimi bu göstərici 75%-dək artacaq. "ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR