Nigeriyada terror aktı nəticəsində 12 nəfər ölüb, 11 sakin yaralanıb

Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında terrorçu-kamikadzelərin silsilə hücumları nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.  Bu barədə ştatın polis idarəsinin nümayəndəsi Viktor İsuku məlumat verib. Hücumda 5 terrorçu-kamikadze iştirak edib.

"Birinci qadın terrorçu-kamikadze özünü məscidin yaxınlığında partlatması nəticəsində 7 nəfər ölüb, İkincisi isə özünü evdə partladıb. 5 nəfər bu hadisənin qurbanı olub. 3 terrorçunun isə meyiti aşkarlanıb", - V.İsuku vurğulayıb.  "Report" "Reuters"ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR