Britaniyada məscidlərin mühafizəsi gücləndirilir

Britaniyanın baş naziri Tereza Mey ölkədəki məscidlərin mühafizəçilərinin sayının artırılması haqda qərar qəbul edib. Bu haqda o, iyunun 19-da iqamətgahının qarşısındakı çıxışında bildirib. Baş nazir məscidlərin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə polis dəstələri göndərilməsi haqda qərar qəbul etdiyini bildirib.

Xatırladaq ki, iyunun 18-də Londonun şimal-şərqində 48 yaşlı Britaniya krallığı təbəəsinin furqonu axşam namazından sonra məsciddən çıxanların üzərinə sürməsi nəticəsində bir nəfər ölüb, 10-dan çox insan xəsarət alıb. "Report" "dw"ya istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR