Gündə 150 qram al-qırmızı giləmeyvə ye, stressdən qurtul!

Alimlər sübut ediblər ki, bütün gileymeyvələr kimi, çiyələk də insan orqanizmi üçün faydalıdır. Ruhdan düşməmək, daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər. Gündə 150 qram al-qırmızı giləmeyvə yeməklə stresdən qurtulmaq olar.

Tərkibindəki 50-dən çox ətirli və xeyirli maddələr sayəsində çiyələk insanın mənfi emosiyalarını azaldır, ruh yüksəkliyini artırır. Tərkibindəki antioksidant fizetin sayəsində beyin toxumasının degenerasiyanın qabağını alır, yaddaşı gücləndirir.

Çiyələyin digər xeyirli xüsusiyyəti ondadır ki, o, qanı təmizləyir, immuniteti artırır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sistemi və qara ciyər, böyrək xəstəlikləri və hətta bədxassəli şişlərin qarşısını alır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR