Diqqət: Kabrialet sürmək eşitməni zəiflədir

Kabrialet sürmək insanların sağlıq durumuna, xüsusilə də eşitmə qabiliyyətinə mənfi təsir göstərir. ABŞ-ın Missuri ştatındakı Sent Luis Tibb Universitetinin alimləri bu nəticəyə gəliblər. Təcrübələr zamanı alimlər "Porsche", "Saab", "Nissan" və "Ford" markalı 5 kabrialet saatda 80-120 kilometr sürətlə hərəkət edən zaman ondakı səsin gücünü ölçüblər. Saatda 88 kilometr sürətlə hərəkət edərkən bu səsin gücü 85 desibel olub. Bu hədd də insan sağlamlığı üçün təhlükəli sayılır. 120 kilometr sürətdə isə bu rəqəm 100 desibelə çatır. Uzun müddət bu sürətlə yol gedilən zaman səs sürücünün eşitmə qabiliyyətini tamamilə zəiflədə bilər. Əgər sürücü kabrialetdə daha sürətlə hərəkət edərsə, bu zaman səsin gücü reaktiv təyyarənin mühərrikinin gücünə bərabər olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR