Portuqaliyada meşələr kül olur: 61 ölü - VİDEO

Portuqaliyada ölkə tarixinin ən güclü meşə yanğınlarından biri yaşanır. Yanğınlarda həlak olanların sayı artıq 61-ə çatıb. Ölənlər arasında üç uşaq var. Yanğınlar Eştremadura vilayətindəki Leyriya bölgəsində tüğyan edir. Portuqaliyanın daxili işlər naziri Konştansa Urbana di Souzanın dediyinə görə, hazırda yanğının 4 ocağı aktivdir. Pedroqan-Qrandi və Fiqeyru-duş-Vinyuş bələdiyyələrində iki qəsəbə də təlxiyə olunub. Pedroqan-Qrandinin meri Valdemar Antunişin dediyinə görə, qəsəbənin ətrafındakı meşəliyin 95 faizi yanıb kül olub. İlkin məlumatlara görə, yanğına səbəb meşədə ağacı ildırım vurmasıdır. Milli.az El Mundo-ya istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR