“Bu, müharibənin yeni aktıdır!” - Moskvadan SƏRT REAKSİYA

Rusiya Suriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcının ABŞ tərəfindən vurulmasına sərt reaksiya göstərib.  Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkiv ABŞ-ın hərəkətlərini "müharibənin yeni aktı" adlandırıb. "ABŞ Suriyanın Su-22 qırıcısını Rakka səmaları üzərində vurmaqla Suriyaya qarşı müharibənin yeni aktını həyata keçirib. Hansı "müdafiə"? Rakka Suriya şəhəridir, Amerika şəhəri deyil", - Puşkov Tvitter hesabında yazıb.

Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında baş verib. ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndələri vurğulayırlar ki, qırıcı Tabka şəhərindən cənubda yerləşən "Suriya Demokratik Gücləri"nə bombalar atdıqdan sonra vurulub. Bildirilir ki, əməliyyat "koalisiyanın partnyorlarının kollektiv özünümüdafiəsi qaydalarının tətbiqinə uyğun olaraq" həyata keçirilib. Suriya tərəfinin məlumatına isə deyilir ki, hadisə Rakka şəhərinin cənubunda - İŞİD terror qruplaşmasının nəzarətində olan kəndin cənubunda baş verib. Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR