731 əsgər xəstəxanaya yerləşdirildi, 21 nəfər tutuldu

Gecə Türkiyənin Manisa bölgəsində xidmət edən 500 əsgər xəstəxanalara yerləşdirilib. Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisəyə səbəb qida zəhərlənməsinin olduğu ehtimal edilir. Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.

Manisa Prokurorluğunun yaydığı məlumata görə, zəhərlənən əsgərlərin sayı 731-ə çatıb. Hərbi hissəni yeməklə təmin edən şirkətin 21 əməkdaşı saxlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR