ŞOK iddia: Evdə it saxlamaq uşaqda piylənmə riskini azaldır

London Universiteti əməkdaşlarının fikrincə, evdə it saxlamaq uşaqda piylənmə riskini azaldır. Alimlər İngiltərənin 78 ibtidai məktəbində 9-10-yaşlı 2,5 min uşağı müşahidə edərək, onların fəallıq səviyyəsini, yəni piyada qət etdikləri məsafəni, fiziki hərəkətlərə sərf etdikləri vaxtı tədqiq ediblər.

Nəticələr göstərib ki, it saxlayan ailələrin uşaqları daha fəal həyat tərzi sürür. Onlar itlə gəzintilərdə həmişə valideynlərini müşayiət edir, üstünlüyü televizor və kompyuter qarşısında oturmağa deyil, heyvanlarla əylənməyə verirlər. Belə həyat tərzi uşaqların piylənmək və diabetə tutulmaq riskini xeyli azaldır, onların fiziki inkişafına uzunmüddətli müsbət təsir göstərir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR