Alimlər dünyada ən nazik holoqram yaradıblar

Avstraliya və Çindən olan alimlər komandası insan saçından 1000 dəfə nazik holoqram yaratmağa nail olublar. Alimlərin qənaətincə, bu ixtira 3D holoqramların smartfon, kompüter və televizorlar daxil olmaqla məişət elektronikasına tətbiqinə imkan verəcək.  Tədqiqatın direktoru professor Min Qunun sözlərinə görə, kompüterlərin köməyi ilə düzəldilmiş adi sintezləşdirilmiş holoqramlar elektron cihazlar üçün çox böyükdür, amma alimlər tərəfindən yaradılmış çox nazik holoqram bu baryeri aradan qaldırır. Tədqiqatın həmmüəllifi doktor Zen Quy Yuenin fikrincə, növbəti mərhələdə maye kristal ekran üçün hazırlanacaq nazik plyonka 3D holoqrafik displeyi aktivləşdirəcək. Bundan başqa, alimlər başqa elektron cihazlar üçün elastik nazik plyonkalar seriyası yaratmaq fikrindədirlər. ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən xəbər verir.


Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR