Ruben Martirosyan: “Ordu rüsvayçı vəziyyətdədir” 

Serj Sarkisyanın hərbi xidmətə çağırış fərmanı ictimaiyyəti ayağa qaldırır

Ermənistan prezidenti Serj Sarkisyanın həqiqi hərbi xidmət yaşına çatmış gənclərin həqiqi hərbi xidmət keçmək üçün yay çağırışı barədə fərman imzalamasından sonra ölkədə ictimaiyyəti yenidən qıcıqlanmağa başlayıb. Belə ki, Ermənistanın tanınmış hüquq müdafiəçisi Ruben Martirosyan sözügedən məsələ ilə bağlı kəskin etirazını bildirərək xatırladıb ki, təkcə aprelin 20-dən mayın 14-ə qədər erməni ordusunda 11 hərbi qulluqçu həyatını itirib. Bu isə yalnız onun əlində olan məlumatdır, həqiqətdə isə bu rəqəm daha çoxdur. Ermənistanın 1in.am saytının rus dilli bölməsinə açıqlama verən erməni hüquq müdafiəçisinin sözlərinə görə, Serj Sarkisyan buna görə xalqa hesabat verməli olması yerinə, həyasızcasına hərbi xidmətə çağırış fərmanı imzalayır.

"Baş verən ölüm və qətl hallarına görə əsas günahkar məhz Serj Sarkisyandır"

"Sarkisyan fərman verməklə paralel olaraq özü-özünə təsəvvür etməli və yaranan suala cavab verməlidir ki, əgər aprelin 20-dən mayın 14-dək erməni ordusunda 11 əsgər öldürsə, hərbi çağırışçılar nəyə görə xidmətə getməlidirlər?!"-deyə yay çağırışı ətrafında fikirlərini qeyd edən R.Martirosyan əlavə edib ki, ümumiyyətlə, orduda baş verən ölüm və qətl hallarına görə əsas günahkar məhz Serj Sarkisyandır: "Belə ki, mövcud sistem onun özü tərəfindən yaradılıb. Mövcud olan bu sistem bütün sahələri - prokurorluq, istintaq, hərbi polisi əhatə edir ki, onların hər birinin yaradılmasında ölkə başçısının izləri dayanır. Hansı ki, bu sistem ölüm və qətl hallarının qarşısını almaq üçün yaradılmışdısa da, hazırkı məqamda üzərinə düşən funksiyanı tamamilə tərsinə yerinə yetirir. Bu sistem bütövlükdə korrupsiyalaşıb və ordunun tam şəkildə məhvinə xidmət edir".

"Ermənistanda mövcud olan hərbi hissələrdə hərbi nizamnamələr yerinə oğru qanunları və digər yazılmayan qanunlar qüvvədədir"

Erməni hüquq müdafiəçisinin sözlərinə görə, bu gün Ermənistanda mövcud olan hərbi hissələrdə hərbi nizamnamələr yerinə oğru qanunları və digər yazılmayan qanunlar qüvvədədir. "Kimlər ki, həmin qanunlara tabe olmurlarsa, dərhal hərbi polisin əlinə düşürlər və orada qəddarcasına, vəhşiliklə döyülürlər, onlardan zor tətbiq etmə yolları ilə hətta pozmadıqları qanunları pozduqları barədə etirafları alınır. Bizim ordu məhz belə bir vəziyyətdədir"-deyə Martirosyan vurğulayır. Hüquq müdafiəçisi bildirir ki, əsgərlər arasında daha çox nizamnamədən kənar münasibətlər formalaşır və bu yazılmayan qanunlar zabitlər tərəfindən idarə edilir. "Əgər bu kimi rüsvayçılıqların qarşısının alınması barədə təşəbbüs irəli sürülərsə, ilk növbədə hərbi polisdən başlamaq lazımdır"-deyən Martirosyana görə, ordunun məhvinin əsas təməllərindən biri hərbi polisdən başlayır ki, orada insana layiq olmayan təcridxanalarda hərbi qulluqçulara qarşı amansızcasına davranılır: "Həmin əsgərlərdən qrup, ya da şəxsi maraqlar baxımından ağır cinayətləri etiraf etmək üçün istifadə edilir. Nəticədə heç bir cinayət törətməyən əsgərlər vəhşi davranışlardan sonra etiraf edirlər və əsl cinayətkarlar azadlıqda qalaraq növbəti cinayətlərə doğru gedirlər. Bununla da ordu daha çox diskredituraya məruz qalır, hərbi hissələrdə, əsgərlər arasında gərginlik artır, bu isə yeni cinayətlərə və intiharlara qədər gedib-çıxır ". Erməni hüquq müdafiəçisi eyni zamanda hərbi xidmətə yararlı olmayan xəstə insanların da çağırıldığını iddia edərək, orduda korrupsiyanın anbaan artığını deyir: "Ordudakı korrupsiya pik həddinə çatıb. Həmçinin, narahatlıq doğuran faktlardan növbətisi cəbhə xəttində yalnız aztəminatlı ailələrin övladları xidmət keçirlər. Bütün bunlar uzun illərdir ki, yığılır və inkişaf edir. Halbuki, o (Serj Sarkisyan-red.) ordudakı rüsvayçı vəziyyətdən kifayət qədər xəbərdardır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR