Kosmosda paltaryuyan maşın quraşdırılacaq

Rusiyanın "Energiya" raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər. Bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir. "Energiya" mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək. 

Şirkətdən bildiriblər ki, hazırda kosmonavtlar 4 sutkadan sonra kostyumları atmağa məcburdurlar. Çünki adi paltaryuyan maşını stansiyada istifadə etmək mümkün deyil. Çox güman ki, kosmonavtlar paltarı qurğuda quraşdırılan və onlar nəfəs aldıqları zaman yaranan oksigenlə emal etməli olacaqlar. İKT.lent.az-ın "riafan.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR