Zəif internet sağlamlığa ziyandır

Danimarkalı alimlər qrupu müəyyən edib ki, ləng internet istifadəçilərin sağlamlığı üçün təhlükəli ola bilər.  Belə bir nəticəyə mütəxəssislər çoxsaylı təcrübələrin nəticələrinə əsaslanaraq gəliblər. Araşdırmada müxtəlif yaşlı 200 nəfər insan iştirak edib. Könüllülərə bir müddət planşet, noutbuk və smartfonlarla internetdə işləmək təklif edilib. İşin gedişi zamanı mütəxəssislər hər bir iştirakçının sağlamlıq durumunu qeydə alıblar.  

Təcrübə prosesi zamanı internetin sürəti tədricən azaldılıb. Belə ki, alimlər müəyyən ediblər ki, bu fakt ürək döyüntülərinə, qan təzyiqinin artmasına, hətta baş ağrısına təsir edib.   Beləliklə, alimlər belə nəticəyə gəliblər ki, ləng internet istifadəçilərin rifahına mənfi təsir göstərməyə qadirdir. Bununla belə, mütəxəssislərin sözlərinə görə, daimi narahatlıqlar çox pis nəticələrə gətirib çıxara bilər.  İKT.lent.az-ın Rueconomics.ru saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR