Boşanmaq üzrə olduğu arvadını evdə başqa kişi ilə tutdu - VİDEO

Türkiyənin Kocaeli valiliyinin Darı rayonunda dəhşətli qətl hadisəsi baş verib.  Uğur K. (32) adlı şəxs boşanma iddiası açdığı yoldaşının evinə gedib. Lakin evdə bir yük şirkətində çalışdığı öyrənilən Bilal O. (27) ilə qarşılaşıb. Kişilər arasında yaranmış mübahisə bir anda şiddətlənərək əlbəyaxa döyüşə çevrilib və Uğur K. Bilal O.-ya pnevmatik tüfənglə atəş açıb. Küçəyə çıxıb qaçmağa çalışan Bilal O. aldığı güllə yarasının təsirindən yerə yıxılıb. Ətrafda olan vətəndaşlar vurulan Bilal O.-nu qan içində yerdə görüncə vəziyyəti dərhal polisə və sağlamlıq qruplarına xəbər veriblər.

Dərhal hadisə yerinə gələn polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görüblər. Vurularaq ağır yaralanan şəxsə müdaxilə etmək istəyən səhiyyə işçiləri Bilal O.-nun dünyasın dəyişdiyini müəyyən ediblər.  Hadisə sonrası qaçmağa çalışan Uğur K. polis tərəfindən saxlanılıb. Milli.az haberler-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR