Terrorçu və terror fetişləşdirilir

Aprelin 20-i axşam Fransanın paytaxtı ParisinYelisey çölündə terror aktı törədildi. Terroçu polis patruluna atəş açdı, birini öldürdü, özü də öldürüldü. Xatırladaq ki, bu gün həmin Fransanın başqa bir şəhərində-Marseldə Tələt paşanı qətlə yetirmiş erməni terrorçu Soğomon Teyleryanın adı əbədləşdirilir. Terrorçu və terror fetişləşdirilir".

"OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev deyib ki, terrorçunun və terrorun fetişləşdirldiyi bir yerdə terrorun kökünü kəsmək mümkün deyil: "Əl Bağdadi ilə Əl Hayastani arasında fərq qoyulmamalı, ərəb terrorçu müsəlmandır deyə "pis", erməni terrorçu xristian olduğundan "yaxşı" sayılmamalıdır. Həm də ona görə ki, "pis" sayılan ərəb terrorçuyla "yaxşı" sayılan erməni terrorçularının bir çoxu eyni düşərgədə hazırlıq keçib, eyni təlimatçıdan "ustalıq" öyrəniblər. Terroru, terrorçunu pisləyir, onları günümüzün reallığına çevirən çevrələri isə lənətləyirəm".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR