Məşhur amerikalı müğənni ölüb

Soul janrı mahnılarının ifaçısı Kyuba Qudinq ölüb. The Main Ingredient (Əsas inqredient) qrupunun aparıcı vokalisti 72 yaşında vəfat edib. Kyuba Qudinqin meyiti Kaliforniya ştatının San-Fernando Velley şəhərində şəxsi avtomobilində aşkar edilib. Onun yüksək dozada narkotik qəbul etdiyindən öldüyü bildirilir. Avtomobilin salonunda həmçinin alkoqol içkisi olan şüşələr tapılıb.

Qeyd edək ki, ABŞ-ın Main Ingredient qrupu ötən əsrin 70-ci illərində məşhurlaşıb. 1972-ci ildə Kyuba Qudinq bu kollektivin ən məşhur Everybody Plays the Fool mahnısını ifa edib. Bu mahnı mötəbər "Grammy" musiqi mükafatının nominantı olub. Kyuba Qudinq Hollivud aktyoru, Oskar mükafatı laureatı kiçik Kyuba Qudinqin atasıdır.  APA-nın TASS-a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR