Olland Parisdəki atışmanı terror aktı adlandırıb

Fransa prezidenti Fransua Olland bildirib ki, Parisdə polis əməkdaşlarına qarşı törədilən hücum, ilkin məlumatlara əsasən, terror xarakteri daşıyıb. Onun sözlərinə görə, yekun rəy Paris prokurorluğunun antiterror şöbəsinin apardığı istintaqın nəticələri bəlli olduqdan sonra veriləcək.

Dövlət başçısı aprelin 21-də Təhlükəsizlik Şurasının iclas keçirəcəyini bildirib. Olland bu barədə baş nazir və DİN rəhbərinin iştirakı ilə keçirdiyi təcili müşavirədən sonra bildirib.
 
İnsident nəticəsində bir polis həlak oldu, daha ikisi yaralandı. Hücum edən şəxs cavab atəşi ilə məhv edilib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR