“Yahoo” itkilərini gəlirlə əvəzlədi

"Yahoo" şirkəti 2017-ci maliyyə ilinin martın 31-də yekunlaşan birinci rübünün hesabatını dərc edib. Şirkətin gəlirləri bir ildə 1 milyard dollardan 1,33 milyard dollara qədər artıb.

Bununla belə, "Yahoo"nun bütün fəaliyyət istiqamətlərinin hər biri daha əvvəlki ilə nisbətdə daha yaxşı gəlir əldə edib. Şirkətin 99 milyon dollar həcmində gəliri həmin həcmdə olan xalis itkilərini əvəzləyib. 

Rübün sonuna qədər "Yahoo" 8,021 milyard dollar həcmində pul vəsaitinə və onların ekvivalentinə malik idi. Bundan əvvəlki rübün sonunda bu rəqəm 7,91 milyard dollara bərabər idi.
 
"Yahoo"nun "Verizon" şirkəti tərəfindən əldə edilməsi ilə bağlı razılaşma iyun ayında yekunlaşmalıdır. İKT.lent.az-ın "ixbt.com" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR