“Microsoft” şifrsiz autentifikasiya üsulu təqdim edib

"Microsoft Authenticator" mobil tətbiqi proqram nəhənginin istənilən xidmətinə şifrsiz daxil olmağa imkan verir. Belə ki, "Microsoft" şirkətinin sözügedən proqramında tənzimlənmələr bölməsindən telefon vasitəsilə autentifikasiya funksiyasını aktivləşdirmək olar. Növbəti dəfə kompüterdən "Microsoft"un hesabına giriş zamanı yalnız istifadəçi adını daxil etmək lazımdır və bundan sonra fərdi kompüterdə girişin təsdiqlənməsi üçün telefona xəbərdarlıq göndəriləcək. Təsdiqetmə düyməsinə sıxdıqdan sonra hesaba giriş həyata keçiriləcək. Xəbərdarlıq hesabı qanunsuz giriş cəhdlərindən qoruyur. "Microsoft Authenticator" mobil tətbiqi, həmçinin giriş üçün ehtiyat variant kimi unikal kod yarada bilər. Əlbəttə ki, ənənəvi giriş sisteminə geri qayıtmaq və autentifikasiya vaxtı yenidən parol daxil etmək olar. "ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR