Vyetnamda kənd sakinləri 20 polisi girov götürüblər

Vyetnamın paytaxtı Hanoydan 50 km məsafədə yerləşən May Dyuk kəndinin sakinləri 20 polis əməkdaşını girov götürüblər.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, münaqişə bir neçə gün əvvəldən - məmurların hüquq-mühafizə orqanlarının müşayiəti ilə (ümumilikdə 38 nəfər) sərhədləşdirmə və bölüşdürmə işlərini həyata keçirmək üçün kəndə gəldiyi zamandan başlayıb.

Belə ki, hökumət əkinçilik üşün yararlı ərazilərinin bir hissəsini telekommunikasiya şirkətlərindən birinin obyektinin tikintisi üçün ayırmaq niyyətindədir.

Kəndli fəallar ora gələnlərin hamısını binalardan birinə salaraq orada saxlayıb. Üç məmur və 15 polis qaçıb, digərləri hələ də girov saxlanılır. 

Yerli sakinlərin sözlərinə görə, girovlarla yaxşı rəftar edilir, onlara yemək verilir.

Qeyd edək ki, Vyetnamda bütün torpaq sahələri dövlətə məxsusdur. Hökumət əkinə yararlı torpaqları daim müxtəlif məqsədlər - bina, hotel və ya digər infrastruktur obyektlərinin tikintisi üçün əhalidən müsadirə edir. Bəzən belə hallar münaqişələrə səbəb olur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR