Koreya yarımadası müharibə astanasında

Son günlər dünyanın əsas diqqət yetirdiyi regionlardan biri də Koreya yarımadasıdır. Daha doğrusu rəsmi Pxenyanın yeni nüvə sinaqları həyata keçirməsi istəyinə qarşı Vaşinqtonun sərgilədiyi sərt mövqe bu iki dövləti qarşı-qarşıya qoyub. İndi Şimali Koreya ilə ABŞ arasında mümkün müharibənin baş verməsi üçün kiçicik bir bəhanə yetərlidir. Hazırda görünən odur ki, nə Vaşinqton, nə də Pxenyan bir-birinə güzəştə getmək niyyətində deyil. Halbuki yaşadığımız yeni əsrin əvvəllərində Şimali Koreya ilə Birləşmiş Ştatların öz aralarında olan problemi danışıqlar yolu ilə həll etmək şansı var idi.

Millət vəkili Zahid Oruc bildirib ki, Pxenyanla Vaşinqton arasında münasibətlər sabiq dövlət katibi Madlen Olbraytın zamanında istiləşməyə doğru hərəkət götürüb. Hətta tərəflər arasında rəsmi səviyələrdə gediş-gəliş də olub: "2000-ci ilin oktyabrında Birləşmiş Ştatların ilk xanım dövlət katibi Madlen Olbrayt Şimali Koreyaya səfərə gedir. 50 ildən artıq kommunist hökmranlığı altında olan bir ölkəyə belə yüksək çinli nümayəndə birinci dəfə idi ki, baş çəkirdi. Hazırki prezident İnin atası İr qoca Şərqin bütün etiketlərinə və qədim ənənələrinə uyğun olaraq xanım siyasətçini qəbul edir.100 mindən artıq musiqiçi bütün ölkə boyu təntənə və qonaqpərvərlik havasına bürünür, küçələr soyuq müharibə dövründən qalmış simvolikaları çıxararaq yeni situasiyanın tələblərinə uyğun geyinir, minlərlə oğlan və qız meydanlarda hünər göstərərək Roma hökmdarlarının qarşısında təzim edən qladiatorları xatırladır. Olbrayt hətta Şimali Koreyada uşaqlarla qol götürüb rəqs edir, çuçxe ideologiyasına tapınan xalqın havasına və mədəniyyətinə sayğılı olduğunu nümayiş etdirməyə çalışır. Olbrayt təmsil etdiyi hakimiyyətin nüvə silahına doğru son tədqiqatlarını və sınaqlarını keçirən Pxenyanla hansı sövdələşməyə gedə biləcəklərini məxfi qovluqda ortaya qoyur. Prezident İr isə söz verir ki,ortaq raket istehsalına gedəcəkləri və böyük kreditlər alacaqları təqdirdə atom sevdasından vaz keçəcək. Lakin çex mühacirinin qızı və Hitlerizmin cəngindən canlarını qurtarmaq üçün Amerikaya qaçmağa məcbur olan olbraytlar ailəsinin ünlü simasının tarixi razılaşmaları kağız üzərində qalır. Çünki "dəmir ledi"nin yolunu açdığı Koreya ilə bağlı Oval kabinetdəki planlar dəyişir və Klinton Sakit okeanındakı fırtınaların təsirindənmi, yoxsa, Asiya nəhəngi qarşısında mütləq çəkindirici, qorxunc bir qüvvənin hazırlanması ideyasına görə noyabrdakı səfərindən imtina edir". Millət vəlkili deyir ki, ondan sonrakı nəticə isə hamıya bəllidir və Pxenyanın mövqeyinə müəyyən mənada haqq da qazandırmaq mümkündür: "Bölünmüş Amerikadan fərqli olaraq, vahid liderinə büt kimi sitayiş edən 25 milyonluq bir ordu qədim spartalılar kimi ölüm balladaları oxuyurlar. Həmin tarixi səfərdə Olbraytın rəqs etdiyi uşaqlar indi hakimiyyətdə, yaxud hərbi meydanlarda gövdə nümayiş etdirirlər. Kimisi zəhərli ilanın başını çeynəyir, başqa birisi sinəsində daş qıraraq yenilməz çuçxelərin güllədeşməz cismini qərbli terminatorlara görk edirlər. Dövlət katibinin ana nəvazişi göstərdiyi balalar Kaloforniyanı bir düymə ilə yerlə-yeksan etməyin virtual məşqini keçir, Trampın karikaturasına baxıb gülürlər. Kim İr Senin balaları mənəvi atalarının şərəfinə ucaltdıqları dövləti bütün dünya imerializminə qarşı alınmaz qalaya çevirdiklərinə əmindilər. Tarixi bənzərliyə diqqət edirsizmi?Hadisələr necə də ötən əsrin 80-ci illərini xatırladır. 1979-cu ilin fevralında tələbə gənclərin etirazları ilə başlayan antimütləqiyyət hərəkatı Tehranda şah rejimini devirir və Parisdə mühacir ömrü yaşayan Ayətullah Xomeyni vətənə dönərək milyonların çiyinləri üzərində dini hakimiyyətini bərqərar edir. Pəhləvi ailəsi qaçıb canını qurtara bilsə də, Birləşmiş Ştatlar səfirliyinin 66 nəfərlik heyətini girov götürən üsyançılar Karter hökumətini dərin sınağa çəkir. Dövlət katibi Sayrus Vensin iradəsinin ziddinə olaraq, hərbi qüvvələrin "Qartal pəncəsi" adını qoyduqları azadetmə əməliyyatı iflasa uğrayır və diplomatik böhran daha da dərinləşir.Amerika xalqının etirazlarına baxmayaraq, siyasi elita rüsvayçılığı qəbul edərək, farsların əlində qoyacaqları şəxslərin taleyini deyil, Ağ Evin dünyadakı nüfuzunun sarsıla biləcəyindən qorxurlar. O biri yandan da min kilometrlərlə məsafəni qət edib bir vaxtlar makedoniyalı İskəndərin girdiyi İran torpaqlarında birbaşa savaş qərarı çıxarmaq da çox təhlükəliydi. Çünki Andropov yeni inqilabçıları hər cür silah və maliyyə yardımı ilə təmin etməsi üçün qoca Brejnevi razı sala bilmişdi. Hadisələrin belə məcrada getdiyi bir vaxtda, təkcə Karter hökumətinin deyil, bütün dünya diplomatiyasının pərəstiş və təzim etdiyi isim-Zbiqnev Bjezinksi səhnəyə çıxır".

Zahid Oruc qeyd edib ki, indi Koreya ətrafında yaşananlara baxanda qarşında sanki 34 yaşlı Səddamı görürsən: "Kim Çen Inın ölkəsini informasiya qıtlığı üzündən həbsxana adlandıranlar bir göz qırpımında leksikonlarını dəyişə bilərlər. Nədən? Bunu anlamaq üçün Bjezinski olmağa ehtiyac yoxdur. Çünki Çini, Yaponiyanı, Cənubi Koreyanı təhlükədə saxlayan qüvvəni məhv etmək Asiya qitəsinin nəhənginə-dünyanın iki nömrəli iqdisadi hegemonun dünya hökmranlığına avtomatik "yaşıl işıq" yandırmaq deməkdir. Halbuki Tramp dünya inqilabları ideyasından imtina, sərhədləri daxilində olan ölkəyə rəhbərlik və Göylər ölkəsini yerində oturtmaq vədi ilə hakimiyyətə gəlib. Onun diktator dediyi İnin nüvə silahını tam xərcləyəndən sonra yerində İŞİD-ə bənzər xaos tiraniyası yaranmayacaqsa, onda həmin müharibəni başlatmağına dəyməz. Belədə İn böyük bir qitəni qorxu atmosferində saxlamaq üçün Birləşmiş Ştatların işinə daha çox yarayır və az qala onların müttəfiqi kimi hərəkət edir. Diktatura rejimləri demokratlara xidmət edir. Bəli, reallıq nə qədər dəhşətli olsa da belədir. Çünki dünyanı ələ keçirməyin başqa yolu yoxdur. Tarixin ironiyasına baxın-ikinci dünya müharibəsindən sonra Xirosimaya və Naqasakiyə iki atom bombası ataraq 140 mindən artıq insanı məhv edən ABŞ hərbi aviasiyası indi samuraylarla birgə çuçxlara qarşı birləşib. Vitse prezident Maykl Pens deyib ki,Tramp Yaponiya ilə vahid səngərdədir. Nəticədə Tokio ordularını on illərin fasiləsindən sonra kazarmalardan çıxararaq, döyüş vəziyyətinə gətirib".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR