1,5 milyardlıq kurort boş qalıb

Koreya dilində adının mənası "Almaz dağları" olaq Kımqansan dağ silsiləsi Koreya yarımadasının şərqində, Kanvando vilayətindəki Kımqansan bölgəsindədir. Şimali Koreya ərazisindəki bu kurort ərazidə Cənubi Koreyanın Hyundai korporasiyası 1998-ci ildə 500 kvadrat kilometrlik ərazidə nəhəng istirahət kompleksi inşa etmişdi.  Kımqansandakı kurort kompleksinin inşasına "Hyundai" 400 milyon dollar sərf etmişdi. Üstəlik, kompleksdən 50 il eksklüziv istifadə üçün Şimali Koreyanın hakimiyyət dairələrinə 1 milyard dollar ödəmişdi.

Kımqansandakı kurort Koreyanın parçalanmasından sonra qohumları və ailə üzvləri Şimali Koreyada qalmış Cənubi Koreya vətəndaşlarının yaxınları, qohumları ilə görüş üçün hər il axın etdikləri məkan idi.

Lakin 2008-ci ilin iyulunda Kımqansanda Cənubi Koreyadan olan turist, 53 yaşldı Park Van Ca bu kurortda qətlə yetirilmişdi. Onu Şimali Koreya ordusunun Kımqansandakı hərbi hissələrindən birində növbə çəkən əsgər güllələmişdi.

Həmin qətldən sonra Cənubi Koreya hakimiyyəti Kımqansana səfərləri yasaqlayıb.

Sonucda nəhəng və lüks kurort boş qalıb.

Bu yaxınlarda isə Şimali Koreya hakimiyyəti kurortu zorakı şəkildə müsadirə edib. Kurort Şimali Koreyanın Müdafiə Nazirliyinə verilib. Milli.Az AsiaOne-a istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR