Əsəd təyyarələrini Rusiya bazasına köçürdü

Suriya hakimiyyəti öz hərbi təyyarələrini Rusiyanın "Xmeymim" hərbi hava bazasına yaxın əraziyə köçürüb. Bu haqda ABŞ-dakı hərbi mənbələrə istinadən CNN bildirib. Kanal qeyd edir ki, Dəməşqin məqsədi hərbi aviasiyanı Qərb koalisiyasının zərbələrindən qorumaqdır.

"Suriya hərbi təyyarələrinin əksəriyyətini və ya hamısını Rusiya bazasının olduğu rayona köçürüb. Suriya prezidenti Bəşər Əsəd beləliklə Kremldə müdafiə axtarır", - CNN hesab edir.

Xatırladaq ki, aprelin 7-də ABŞ Hərbi Dəniz Qüvvələri Xoms şəhərinin yaxınlığında yerləşən Suriya Hərbi Hava Qüvvələrinə məxsus Şayrat bazasına 59 qanadlı raket zərbə endirib. Müxtəlif məlumatlara görə, 7-dən 10-a qədər insan həlak olub.

ABŞ prezidenti Donald Tramp bunu İdlibdə həyata keçirilən kimyəvi silah hücumuna "mütənasib cavab" adlandırib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR