İranda avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

İranda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 11 nəfər ölüb.  Avtobusda 30 nəfər olub.  Səbzəvər şəhərinin Təcili Yardım Mərkəzinin rəis müavini Hadi Abbas Abadi bildirib ki, 7 nəfər hadisə yerində dünyasını dəyişib, digər 4 nəfər isə aldığı xəsarətdən xəstəxanada ölüb. 

Avtobus Məşhəddən İsfahana gedərkən qəzaya uğrayıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Lakin ilkin məlumatlara görə, avtobusdan öndə gedən yük maşını gözlənilməz manevr edib, bu da toqquşmaya səbəb olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR