Taylandda  iki yaraqlı bombanın partlaması nəticəsində ölüb

Taylandın cənubunda polis postları və hərbi hissələrə 18 hücum təşkil edən və partlayışlar törədən iki separatçı yaraqlı əldəqayırma bombanın partlaması nəticəsində ölüb. Onların hücumlarının birinin qarşısını alan zaman 2 polis əməkdaşı yaralanıb. Hər iki yaraqlı Sonqkla əyalətindəki hərbi hissəyə yaxınlaşarkən motosikletdə quraşdırılmış əldəqayırma bombanın partlaması nəticəsində hadisə yerində ölüb. İki polis isə Narativat əyalətində yaraqlıların hücumu nəticəsində qumbara partlaması zamanı yaralanıb.

Qeyd edək ki, aprelin 19-da Taylandın cənubunda yerləşən Narativat, Pattani və Sonqkla əyalətlərində polis şöbələri, postları və hərbi hissələrə qarşı 18 partlayış törədilib və avtomatik silahdan atəş açılıb.  "Report" Tayland mediasına istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR