“4D” texnologiyası yeni material və avadanlıqlardan istifadə etməyəcək

Sinqapurun Texnologiya və Dizayn Universitetinin alimləri dördölçülü (4D) çap texnologiyası icad ediblər. Alimlərin sözlərinə görə, yeni "4D" texnologiyası ətraf mühit şəraitinə reaksiya verən üçölçülü obyektlər çap etməyə imkan verir. Temperatur, rütubət və ya işığın dəyişməsi təsvirin transformasiyasına səbəb olur. Elmi əməkdaşlar tərəfindən ləçəkləri öz-özünə açılıb-yığılan gül, günbəzə çevrilən düz ulduz, eləcə də qısalan və uzanan tor nümayiş etdiriblər.

Alimlər bildiriblər ki, "4D" çapda formanı yadda saxlamaq xüsusiyyətinə malik polimer, eləcə də rezin elastomerdən istifadə olunub. Obyektin 45 dərəcəyədək qızdırılması nəticəsində polimer telləri zəifləyir və elastomerə formasını dəyişməyə imkan verir. Əşyanın soyudulması zamanı o, əvvəlki formasına dönür.

Yeni material və avadanlıqlardan istifadəni nəzərdə tutmayan "4D" texnologiyası istifadəyə tam hazırdır. "ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən xəbər verir.



Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR