Turistin pulqabısını oğurlayanı axtraran polis ŞOK FAKTLA QARŞILAŞDI

Türkiyənin Mersin şəhərində turistə qarşı cinayət törədilib. Sərnişin kimi mindiyi mikroavtobusda yapon turistin çantasındakı pulqabısını oğurlayan şəxs təhlükəsizlik kamerası tərəfindən görüntülənib.

Yaponiyadan Mersinə gələn Risa Oçiai 3 fevralda mindiyi mikroavtobusda çantasındakı pulqabının oğurlandığını biləndən sonra polisə şikayət edib. Qızın şikayəti ilə hərəkətə keçən polislər kamera qeydlərini araşdırmağa başlayıblar.

Polislər şübhəlinin bir çox cinayət əməlinə görə məhkumluğu olan Kamil Turan (31) olduğunu müəyyən ediblər. Polislər Turan barəsində oğurluq əməlinə kimi törətdiyi digər cinayətə görə məhkəmənin 12 il həbs qərarı çıxardığını aşkara çıxarıblar. O, çoxdandır axtarışda imiş. 

Polis istintaqı davam etdirir. Milli.az hürriyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR