İnternet kafedə video izləyərkən tutuldular - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

Kayseridə bir internet kafedə FETÖ / PDY terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən ər-arvad tutularaq nəzarətə alınıblar. Təhlükəsizlik İdarəsinə gələn bir xəbərdən sonra Terrorla Mübarizə İdarəsinin əməkdaşları Belsin Məhəlləsində olan bir internet kafedə terror təşkilatı lideri Fətullah Gülənin videolarını izləyən Y.M. və həyat yoldaşı M.M.-ni tutublar.

İstintaq zamanı özü barədə məlumat vermək istəməyən M.M. haqda maraqlı məlumat əldə edilib. Məlum olub ki,  bir neçə ay öncəyə kimi Ankara Beytepe Hərbi Məktəblərində leytenant olaraq çalışan M.M. FETÖ / PDY araşdırmasından sonra ordudan kənarlaşdırılıb.

Digər şübhəli - leytenantın həyat yoldaşı Y.M.-nin isə üzərində olan 3 telefonda FETÖ-çülərin gizli mesajlaşma proqramı ByLock aşkar edilib. Hadisə ilə əlaqədar nəzarətə alınan Y.M. və həyat yoldaşı M.M. Təhlükəsizlik İdarəsindəki əməliyyatların ardından prokurorluğa göndəriliblər. Milli.az hürriyet-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR