Sarkisyan keçmiş nazirdən qisas alır - Oğlu həbsdə qalacaq

Bu ilin fevral ayında "Birlik" partiyasının sədri, Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe tutan keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu Ara Oskanyan həbs edilmişdi. Seçkidən öncə baş verən hadisə Oskanyanı sarsıtsa da, o, deputat seçiləcəyi təqdirdə oğlunu həbsdən buraxdıracağına ümid edirdi. Gözlənilən baş vermədiyindən Oskanyanın oğlu hələ də həbsdədir, Sarkisyan rejimi onu həbsdən buraxmaq niyyətində deyil.

Xatırladaq ki, 16 fevral tarixində Leninqradyan küçəsində yerləşən "Roberto" mağazasının yanında Berberyana qarşı zor tətbiq edərək, onu Abovyan şəhərinə aparıblar. Hər iki şəxs Berberyanı hədələyərək 1,5 mln. dram məbləğində borcun qaytarılmasını tələb edib. Nəticədə Oskanyanın oğlu adam oğurluğunda ittiham edilərək həbs olunub.

Məlumata görə, Oskanyanın həyat yoldaşı Nanu Oskanyan şikayətin geri götürülməsi üçün zərərçəkəni ziyarət edib və ona pul təklif edib. Bununla belə Oskanyanın seçkilərdə məğlub olması onun oğlunun hələ də həbsdə qalacağına, işinin bağlı saxlanılacağına işarə edir. Azvision.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR