Məşhur gecə klubuna hücum: yaralılar arasında tanınmış model də var

İngiltərədə məşhur bir gecə klubunda dəhşət yaşanıb. Artur Kollins adlı bir şəxs kükürd turşusu ilə hücum etdiyi gecə klubunda 20 nəfərə xəsarət yetirib. Artur Kollinsin televiziya ulduzuFern Makkeynin sevgilisi olduğu deyilir. Televiziya ulduzunun sevgilisini polislə danışmaq üçün razı salmağa çalışdığı ifadə edilir. 

Paytaxt Londonun qərbindəki Dalston şəhərində olan "Mangle" gecə klubunda insanların əyləndiyi zaman birdən hər kəs çölə qaçmağa başlayıb. Hadisə şahidləri "tez çıxın, hər kəs çölə" səslərini eşitdiklərini, hətta bir neçə dəfə havaya atəş edildiyini söyləyirlər.

Hücum planı zamanı hədəfdə isə yalnız 2 nəfərin olduğu deyilir. İki nəfəri hədəf alan şəxs 20 nəfərin yaralanmasına səbəb olub. 

Artur Kollinsin qurbanlarından biri 22 yaşlı avstraliyalı model Isobelle Fraserdir. 

Avstraliyalı model Isobella Fraser o vaxt bacısı Prue ilə birlikdə gecə kulubunda olub. Turşunun sprey halında arxasınca sıxılması nəticəsində qolunda və kürəyində kimyəvi yanıqlar meydana gəlib. Model hadisənin bir terror hücumu olduğunu düşünür. 

Hadisə ilə əlaqədar isə İngiltərə polisi hər yerdə Artur Kollinsi axtarır. Polislər son olaraq onun bir milyon funt dəyərində lüks evinə basqın ediblər. Evdə qeyri-qanuni silah və narkotik tapılıb. Kollinsdən isə heç bir xəbər yoxdur. Milli.az Daily Mail-ə istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR